Kosovo Ali Məhkəməsi geyim qaydalarında hicabın qadağan edilməsi qərarını təsdiqləyib.
Kosovo Ali Məhkəməsi Təhsil, Elm, Texnologiya və İnnovasiya Nazirliyinin geyim qaydalarında hicabın qadağan edilməsi qərarına qarşı qaldırılan iddianı rədd edərək Nazirliyin qərarını qüvvədə saxlayıb.
Məlumatlara görə, Qadınların Peşəkar İnkişaf Şəbəkəsi (Arrita) Təhsil, Elm, Texnologiya və İnnovasiya Nazirliyinə (MAŞTI) qarşı dövlət təhsil müəssisələrində hicab qadağası ilə bağlı qaldırılan iddianın əsassız olduğuna qərar verdi və apellyasiyanı rədd edib.
Orta məktəb şagirdlərinin şikayətləri ilə bağlı Arrita Nazirliyin qərarını ləğv etmək üçün Kosovo Ali Məhkəməsinə müraciət etmişdi. Ərizədə bildirilirdi ki, son dörd ildə hicab geyindiyinə görə təhsildən kənarlaşdırılmış və ya məktəbə getməsinə icazə verilməmiş qız tələbələrdən çoxsaylı şikayətlər daxil olub.
Sözügedən apelyasiya ilə bağlı Ali Məhkəmə Nazirliyin tələbələrin geyim qaydalarını müəyyən etmək səlahiyyətini təsdiqləyib və apelyasiyanın rədd edildiyini elan edib. Qərarın əsaslandırılmasında Nazirliyin Universitetəqədər Təhsil Qanununa və Peşə Təhsili və Təlimi Qanununa əsasən tələbələrin davranışı və geyim qaydaları ilə bağlı qaydaları müəyyən etmək üçün aydın hüquqi səlahiyyətə malik olduğu vurğulanıb.
Xatırladaq ki, hicab geyinən tələbələrin təhsil müəssisələrindən təhsildən kənarlaşdırılması 2010-cu ildən bəri Kosovoda mübahisəli məsələ hesab olunur.
Xüsusilə, 2010 və 2014-cü illərdəki inzibati sərəncamlarla "dini forma" adı altında ictimai yerlərdə hicab geyinməyə qadağa qoyulub və tətbiq edilib.
Kosovo İslam Birliyi o zaman qadağaya etiraz edərək, hicabın "dini forma" olmadığını iddia edərək, onun dini bir öhdəlik olduğunu vurğulayıb.
Kosovoda qalmaqallı qərar! Məktəblərdə hicab qadağası