İsrail Qəzza şəhərinə aviazərbələr endirib, ölənlərin sayı 90-ı keçib (yenilənib)

Son məlumata görə, oktyabrın 28-i axşamından etibarən İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 90-ı keçib.

 

+++++++++++++++++++++++++++++++++++++++++++++

Atəşkəs iddiaçısı olan İsrail yenidən Qəzzanı bombalayıb. İsrailin Qəzza şəhərinin cənubundakı Əl-Sabra rayonuna endirdiyi aviazərbə nəticəsində 11 nəfər ölüb, 4-ü isə yaralanıb.

Bu barədə Al-Aqsa TV mülki müdafiə xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində dörd nəfər, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri uşaqdır.