Avropa İttifaqında (Aİ) qrant üçün müraciət edən amerikalı akademiklərin sayı kəskin artıb. "The Financial Times" yazır ki, bu, ABŞ prezidenti Donald Trampın ali təhsil ocaqlarına qarşı addımları fonunda baş verir.
Bu il Aİ-yə tədqiqat və innovasiya qrantları üçün rekord sayda müraciətlər olub.
"İşlərini davam etdirməsi üçün alimlərə imkanlar yaratmaq istəyirik", – Aİ-nin tədqiqatlar üzrə komissarı Yekaterina Zaxariyeva FT-yə deyib.
2025-ci ildə Aİ-nin fundamental tədqiqatlara maliyyə ayıran Avropa Tədqiqat Şurasına (ERC) və Aİ-nin Mariya Küri təqaüd proqramına (MSCA) müraciətlər rekord qırıb. Sonuncusu doktorantura və postdoktorantura tədqiqatlarını dəstəkləyir.
ERC qrantları üçün müraciətlərdə ötən illə müqayisədə 22 faizlik artım olub, 4 min 807 ərizə təqdim edilib. Onlardan 169-u ABŞ-dən gəlib, 2024-cü ildəkindən üç dəfə çox.
Bu il Tramp administrasiyası federal tədqiqatlara ayrılan vəsaitdən milyardlarla dollar kəsib. Administrasiya müxtəliflik, iqlim dəyişikliyini öz siyasətinə uyğun saymadığından bu mövzulara qrantları ləğv etməyə çalışır.
Maliyyəni dondurmaqla Harvard kimi akademik təhsil ocaqlarını idarəçiliyə yenidən baxmağa vadar etməyə çalışırlar. Nəticədə bəzi akademiklər və tələbələr başqa ölkələrə üz tuturlar.
Amerikalı akademiklər Avropaya üz tuturlar