Vilayəti: ABŞ Qəzzada sülh istəmir

İslam İnqilabı Liderinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti, X sosial media hesabında paylaşdığı mesajda İsrailin atəşkəs pozuntularını inkar edən ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı mövqeyini tənqid edib.

"Trampın Qəzzada uşaq qatili sionist rejiminin atəşkəs pozuntularını inkar etməsi sülhü qorumaq məqsədi daşımır. O, əslində İslam ölkələri ilə bağladığı maliyyə razılaşmalarının həyata keçirilməsinə mane olan maneələri aradan qaldırmağı və bu ölkələrin sərvətlərindən maksimum dərəcədə faydalanmağı hədəfləyir!"

Vilayəti bildirib ki, Şarm əl-Şeyxdə keçirilən sözdə sülh sammiti də bu məqsədlə keçirilib.

Qatil İsrail ordusunun atəşkəsi pozaraq Qəzza zolağının müxtəlif bölgələrinə qarşı başlatdığı hücumlarda çox sayda fələstinli həlak olub.