İsrail mediasında yayımlanan xəbərə əsasən, İsrailin yüksək rütbəli hərbi prokuroru Yifat Tomer-Yerușalmi İsrailin cənubunda yerləşən, təcridxanada İsrail əsgərlərinin fələstinli bir məhbusa zor tətbiq etdiyini göstərən videonun yayılmasına görə məsuliyyəti üzərinə götürərək vəzifəsini tərk edib.
Bu etiraf, İsrail siyasətində xüsusilə sağçı dairələrin tənqid hədəfinə çevrilmiş Tomer-Yerușalmini mübahisələrin mərkəzinə gətirib. Sağçılar onun bu addımını “dövlətə xəyanət” kimi qiymətləndirirlər.
Qeyd edək ki, beynəlxalq ictimaiyyət tərəfindən İsrail əsgərlərinin törətdiyi müharibə cinayətlərinə qarşı “həddən artıq yumşaq” davranmaqda günahlandırılan Tomer-Yerușalmi İsraildə hökm sürən ifrat sağçı siyasi mühit və Baş nazir Benyamin Netanyahunun siyasəti səbəbindən fəaliyyət dairəsini qorumaqda çətinlik çəkirdi.
Ötən il İsrailin “Channel 12” telekanalında yayımlanan video, ölkənin cənubundakı “Sde Teiman” adlı həbsxanada İsrail əsgərlərinin Qəzzadan gətirilmiş fələstinli bir məhbusa qarşı cinsi zorakılıq törətdiyini göstərirdi. Hadisə ilə bağlı ordunun hərbi istintaq başladacağını elan etməsi ifrat sağçıların qəzəbinə səbəb olub.
Tomer-Yerușalmi oktyabrın 31-də təqdim etdiyi istefa məktubunda bildirib ki, videonu ona qarşı yönəldilən tənqidlərə cavab olaraq sızdırıb.
İsrail mediasında yayımlanan məktubda o yazıb: “Bir məhbusa qarşı zorakılıq tətbiq olunduğuna dair əsaslı şübhə varsa, ordu istintaq aparmaq səlahiyyətinə malikdir. Hətta ən təhlükəli məhbuslara qarşı belə bəzi hərəkətlərin əsla yolverilməz olduğu bilinməlidir.”
Müdafiə naziri İsrael Kats və bir çox israilli siyasətçi Tomer-Yerușalmini istefasının ardınca onu sərt şəkildə tənqid ediblər. İ.Kats onun yenidən vəzifəyə qaytarılmayacağını və videonun sızdırılmasına qərar verən şəxslərlə bağlı istintaqların davam edəcəyini açıqlayıb.
İsrailin Qəzzada apardığı soyqırım, habelə “Sde Teiman” həbsxanasında fələstinli məhbuslara qarşı zorakılıq hadisələri insan hüquqları təşkilatları tərəfindən “qeyri-insani rəftar” kimi qiymətləndirilir.
Bildirilir ki, bu təcridxanada fələstinlilər heç bir məhkəmə qərarı olmadan aylarla saxlanılır. Bu müəssəsədən azadlığa buraxılanların çoxu isə dəfələrlə döyüldüklərini, ac buraxıldıqlarını və çox ağır şəraitdə saxlanıldıqlarını xüsusilə vurğulayıblar.
İsrailin hərbi baş prokuroru işgəncə videolarının sızdırılmasını etiraf edib və istefa verib