Fələstin Qızıl Aypara Cəmiyyəti Hannaninin sinəsindən güllə yarası aldığını və Rafidiya Dövlət Xəstəxanasına aparıldığını açıqlayıb. Lakin gəncin xəstəxanada edilən bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirdiyi bildirilib.
Fələstin mənbələrinin verdiyi məlumata görə, İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayından bəri işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi hücumlar nəticəsində 1063-dən çox fələstinli həlak olub, 10 min 300 nəfər isə yaralanıb.
Xatırladaq ki, ötən ilin iyul ayında Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Fələstin ərazilərini işğal etməsini qanunsuz elan edib və İordan çayının qərb sahili ilə Şərqi Qüdsdə yerləşən bütün yəhudi yaşayış məntəqələrinin boşaldılmasını tələb edib.
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələndi
İki gənc fələstinli işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni şəkildə məskunlaşan yəhudilər və İsrail qüvvələrinin hücumu nəticəsində həlak olub.
WAFA xəbər agentliyinin məlumatına görə, 19 yaşlı Əhməd Rubhi əl-Ətraş Əl-Xəlil şəhərinin şimal girişində qeyri-qanuni şəkildə məskunlaşan yəhudilər tərəfindən güllələnib.
Şahidlərin məlumatına əsasən, İsrail qüvvələri Qırmızı Xaç Komitəsinin tibbi yardım qruplarının əl-Ətraşa çatmasına mane olub və bu səbəbdən gənc fələstinli hadisə yerində həyatını itirib.
Fələstin Səhiyyə Nazirliyinin yaydığı bəyanata əsasən, 17 yaşlı Cəmil Atef Hannani İsrail qüvvələrinin Nablusun şərqində yerləşən Beyt Furiq şəhərinə təşkil etdiyi basqın zamanı öldürülüb.