Müdafiəçiləri: "Əli Kərimlinin vəsatətləri müsadirə olunur, sovqat qəbuluna imkan verilmir"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi siyasətçiyə qarşı qanunsuzluqların davam etdiyini bildirib.

Komitə yaydığı bəyanatda qeyd edir ki, Ə.Kərimlinin saxlanma şəraiti ilə bağlı daha əvvəl "qəsdən yaradılmış çətinliklərə yeni məhdudiyyətlər əlavə olunub.".

"Onunla eyni kameraya bilərəkdən yerləşdirilən psixi problemli, terrorçuluqda ittiham edilən və gecələr hay-küy salaraq onun yatmasına imkan verməyən dustaq hələ də orada saxlanılır. Onun öz ailəsi ilə görüş və telefon danışıqlarına, açıq havada gəzinti vaxtına, gündəlik xəbərlərlə tanış olmasına tətbiq edilən məhdudiyyətlər də əvvəlki kimi qalır", - deyə qeyd olunub.

Komitə son günlərdə tətbiq olunan yeni qadağalara nümunə olaraq bildirir ki, siyasətçinin "ailəsindən qida sovqatı qəbul etməsi məhdudlaşdırılıb, kamerasında bir az əvvəl bərpa edilmiş televiziya yayımları yenidən kəsilib, əlyazma qeydləri, hətta məhkəmə üçün hazırladığı vəsatətlər də müsadirə olunur və vəkillərinin onunla görüşə yazılı qeydlər keçirməsinə imkan verilmir."

Müdafiə Komitəsi məhdudiyyətlərin Ə.Kərimlinin beynəlxalq mediaya müsahibələrinə görə olduğunu və prezident İlham Əliyevin göstərişi ilə həyata keçirildiyini bildirib.

"Bundan başqa, Əli Kərimliyə qarşı qanunsuzluqlarla bağlı vəkillərin verdiyi şikayətləri rayon və apellyasiya məhkəmələri baxışa qəbul etmir ki, bu da bütün hakimiyyət qollarının bir əldə cəmləndiyi və tək adam hakimiyyətinin hökm sürdüyü Azərbaycan şəraitində sifarişçinin kimliyinə, yəni şəxsən İlham Əliyev olduğuna əlavə aydınlıq gətirir", - bəyanatda deyilir.

Əli Kərimli ötən il dekabrın 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Onunla yanaşı AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də eyni ittihamla həbs olunub. Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.Müdafiəçiləri: "Əli Kərimlinin vəsatətləri müsadirə olunur, sovqat qəbuluna imkan verilmir"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi siyasətçiyə qarşı qanunsuzluqların davam etdiyini bildirib.

Komitə yaydığı bəyanatda qeyd edir ki, Ə.Kərimlinin saxlanma şəraiti ilə bağlı daha əvvəl "qəsdən yaradılmış çətinliklərə yeni məhdudiyyətlər əlavə olunub.".

"Onunla eyni kameraya bilərəkdən yerləşdirilən psixi problemli, terrorçuluqda ittiham edilən və gecələr hay-küy salaraq onun yatmasına imkan verməyən dustaq hələ də orada saxlanılır. Onun öz ailəsi ilə görüş və telefon danışıqlarına, açıq havada gəzinti vaxtına, gündəlik xəbərlərlə tanış olmasına tətbiq edilən məhdudiyyətlər də əvvəlki kimi qalır", - deyə qeyd olunub.

Komitə son günlərdə tətbiq olunan yeni qadağalara nümunə olaraq bildirir ki, siyasətçinin "ailəsindən qida sovqatı qəbul etməsi məhdudlaşdırılıb, kamerasında bir az əvvəl bərpa edilmiş televiziya yayımları yenidən kəsilib, əlyazma qeydləri, hətta məhkəmə üçün hazırladığı vəsatətlər də müsadirə olunur və vəkillərinin onunla görüşə yazılı qeydlər keçirməsinə imkan verilmir."

Müdafiə Komitəsi məhdudiyyətlərin Ə.Kərimlinin beynəlxalq mediaya müsahibələrinə görə olduğunu və prezident İlham Əliyevin göstərişi ilə həyata keçirildiyini bildirib.

"Bundan başqa, Əli Kərimliyə qarşı qanunsuzluqlarla bağlı vəkillərin verdiyi şikayətləri rayon və apellyasiya məhkəmələri baxışa qəbul etmir ki, bu da bütün hakimiyyət qollarının bir əldə cəmləndiyi və tək adam hakimiyyətinin hökm sürdüyü Azərbaycan şəraitində sifarişçinin kimliyinə, yəni şəxsən İlham Əliyev olduğuna əlavə aydınlıq gətirir", - bəyanatda deyilir.

Əli Kərimli ötən il dekabrın 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Onunla yanaşı AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də eyni ittihamla həbs olunub. Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.