Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Meydan TV işi” üzrə bir il yarımdır həbsdə saxlanılan jurnalist Aytac Tapdığın (Əhmədova) səhhəti ilə bağlı bəyanat yayıb.
Təşkilat jurnalistin tibbi müayinə və müalicə ilə təmin edilməməsi barədə məlumatlardan narahatlığını bildirib:
“CPJ həbsdə olan “Meydan TV” jurnalisti Aytac Tapdığın burun çəpərinin əyriliyi və ağır həbsxana şəraitində daha da kəskinləşən tənəffüs problemləri ilə əlaqədar tibbi müayinə və müalicədən məhrum edilməsi barədə məlumatlardan narahatdır. Azərbaycan Aytac Tapdığın və həbsdə olan digər jurnalistlərin lazımi tibbi yardımla təmin edilməsinə zəmanət verməlidir. Azərbaycanda haqsız yerə həbsdə saxlanılan 24 jurnalistin hamısı dərhal azad edilməlidir”.
İyulun 4-də “Meydan TV işi” üzrə keçirilən məhkəmə prosesində Aytac Tapdıq söz alaraq səhhətindəki problemlərlə bağlı Tibb Baş İdarəsinə müraciət etdiklərini, lakin cavab almadıqlarını bildirib.
Jurnalist həbsdə saxlanıldığı müddətdə 80 qutu burun spreyi istifadə etdiyini, həbsxana şəraitinin isə nəfəs almaqda yaşadığı çətinlikləri daha da artırdığını deyib.
Aytac Tapdıq 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində saxlanılıb. İş üzrə ümumilikdə 12 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Onlara əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmə – maddəsi ilə ittiham irəli sürülüb. 2025-ci il avqustun 28-də isə ittihamlar ağırlaşdırılıb.
Hazırda iş üzrə təqsirləndirilən şəxslər qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması da daxil olmaqla bir neçə ağır maddə ilə mühakimə olunurlar.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərini siyasi sifariş və peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Jurnalistləri Müdafiə Komitəsi Aytac Tapdığın səhhəti ilə bağlı Azərbaycan hakimiyyətinə çağırış edib