17 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkən inanclılar prezidentə müraciəti ünvanlayıb. Müraciətdə onlar məruz qaldıqları ayrı-seçkilik, hüquqlarının pozulması, inanclarına görə ayrı-seçkiliyə məruz qalmaları əks olunub. Onlar məsələ ilə bağlı Prezidentdən yardım istəyiblər.
“Yazıb sizə bildiririk ki, biz – 17 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkən, dini əqidəmiz əsas gətirilərək narkotik vasitə istifadəçisi kimi şərlənərək həbs edilən bir qrup dindar, bizə olunan haqsızlıqlara etiraz olaraq sizə müraciət edirik.
Həbs olunarkən, məhkəmələrdə və penitensiar müəssisələrdə dəfələrlə hər birimizin həbsi və cəza müddəti ilə bağlı bütün tapşırıqların "yuxarıdan" gəldiyi bildirilir. "Yuxarı" deyərkən kimin və ya hansı qurumun bildirildiyi bilinmədiyi üçün biz dindarlar Azərbaycanda ən yuxarı instansiya olaraq sizə müraciətimizi ünvanlayırıq.
Haqqımızda bildirmək istəyərdik ki, bir çoxumuz ali təhsilli, şirkət sahibləri, ailə başçıları, qazi, veteran, vətənini, dövlətini və millətini sevən, cəmiyyətdə tanınan və hörmət olunan, narkotik vasitə istifadəçisi olmayan, düzgün insanlarıq.
Belə ki, 44 günlük müharibədə dindarlar olaraq maddi, fiziki və mənəvi bütün mümkün əlimizdən gələn köməyi Vətənimiz üçün etmişik. Müharibədə könüllü iştirak edən və arxa cəbhədə şəhidlərimizin yuyulub dəfn olunmasına qədər lazımi hər bir işi görmüşük və bundan sonra da ehtiyac olarsa xidmətə hazırıq.
Dövlətin qanunları çərçivəsində dini əqidəmizə uyğun ritualları keçirməyimiz kimlərinsə xoşuna gəlmədiyi üçün narkotiklə şərlənərək həbs edilmişik. Bunu məhkəmələrdə sübut etməyə çalışsaq da, əməliyyatı keçirən əməkdaşlar və Ədliyyə işçiləri tərəfindən fikirlərimiz dinlənilməyib.
Artıq bir neçə ildir həbs olunmağımıza baxmayaraq haqqımızda haqsızlıqlar hələ də davam edir. Belə ki, cəzamızın 2/3 hissəsindən çoxunu çəkməyimizə baxmayaraq, vaxtından əvvəl şərti olaraq azadlığa çıxmaq hüququmuz kobud surətdə pozulur. Cəza çəkdiyimiz müəssisədə rəhbərlik tərəfindən rəsmi qəbul olunur və bildirilir ki, "yuxarıdan" əmr gəlməyənə qədər siz – dindarlar 2/3 və ümumiyyətlə digər güzəştlər üçün rəy ala bilməyəcəksiniz. Artıq bir qisim (10-ə yaxın) dindar cəza müddətini tam başa vurub çıxıblar. Müəssisədə 2/3 üçün müraciətlərə rəy qəbul zamanı bütün dustaqların qarşısında elan edilir ki, “bu qərar dindarlara aid deyil”. Həqiqi narkomanlar cəza müddətindən uzun müddət əvvəl Xəzər Rayon Məhkəməsi tərəfindən azadlığa buraxılsalar da, biz – siqaret belə çəkməyənlər “cəzamızı” tam çəkməli oluruq. Hətta Xəzər Rayon Məhkəməsinə müəssisə xaricindən, vəkil vasitəsilə müraciət edən bir neçə dindar məhkəmədən kəsilərkən, müəssisədə (17 saylı C.Ç.M.) dini ritualların (namaz qılınması) keçirilməsi bəhanə gətirilib və açıq-aşkar mənfi rəy olaraq göstərilib. Bu isə Azərbaycan Respublikasının Cinayət və Prosessual Məcəlləsinin kobud surətdə pozulmasıdır.
Bizə qarşı olunan saysız haqsızlıqların və məmur özbaşınalığının qarşısının alınması üçün Sizə müraciət edir və bizim məhkəmə prosesini nəzarətinizə götürməyinizi xahiş edirik.”
Cəza Çəkmə Müəssisəsindən inanclılar prezidentə müraciət ünvanlayıb