Braziliya Vaşinqtonun ölkənin daxili bazarlarını ABŞ malları üçün tam açmaq tələbini qəti şəkildə rədd edib.
Bunu “Folha de S.Paulo” qəzetinə müsahibəsində Braziliyanın inkişaf, sənaye, ticarət və xidmətlər naziri Marsiu Elias Roza bildirib.
Nazir deyib ki, danışıqlar zamanı amerikalılar Braziliya bazarının, xüsusilə kimya və avtomobil sənayesi sektorlarının öz sənaye məhsulları üçün tam açılmasını tələb ediblər: “Bu tələb onların Xavyer Miley hökuməti dövründə Argentina ilə imzaladıqları saziş nümunəsinə əsaslanırdı. Prezident Luis İnasiu Lula da Silvanın administrasiyası bu cür şərtlərlə danışıqlar aparmayacaq. Nə bu gün, nə sabah, heç vaxt”.
Elias Rozanın sözlərinə görə, Buenos-Ayresin Vaşinqtona birtərəfli güzəştləri Cənubi Amerika Ümumi Bazarının (MERCOSUR) qaydalarını pozur. Nazir həmçinin xəbərdarlıq edib ki, ABŞ tərəfindən qarşılıqlı addımlar atılmadan tariflərin sıfırlanması Braziliyanın milli sənayesinin məhvinə gətirib çıxara bilər: “Vaşinqton 25 faizlik gömrük rüsumlarından siyasi təzyiq və şantaj vasitəsi kimi istifadə edir. Biz özümüzü qorxutmağa imkan verməyəcəyik, geri çəkilməyəcək və təslim olmayacağıq”.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Braziliyadan idxal olunan məhsulların böyük hissəsinə 25 faiz həcmində gömrük rüsumu tətbiq ediləcəyini açıqlamışdı. Braziliyanın xarici işlər naziri Mauro Vieyra isə Vaşinqtonun Cənubi Amerika ölkəsinin daxili bazarlarına maneəsiz çıxışla bağlı ultimatum xarakterli tələblər irəli sürdüyünü bildirmişdi.
Braziliya ABŞ-ın tələbini qəbul etməyib