İsrail ordusu Qəzzada daha bir jurnalisti öldürüb

İsrail ordusunun Qəzzanın mərkəzindəki Nasirat Qaçqın Düşərgəsinə hücumu nəticəsində bir jurnalist şəhid olub.

Ərəb mediasının məlumatına görə, jurnalist Məhəmməd əl-Muniravi və həyat yoldaşı sionist İsrail ordusunun Qəzzanın mərkəzindəki Nasirat Qaçqın Düşərgəsinə hücumu nəticəsində şəhid olublar.

Qəzza Hökumətinin Media Ofisinin məlumatına görə, İsrail rejiminin hücumları başlayandan bəri öldürülən jurnalistlərin sayı 256-ya çatıb.

Hakimiyyət orqanları vurğulayır ki, bu, İsrail ordusunun Qəzzada törədilən insan haqları pozuntularını və müharibə cinayətlərini sənədləşdirən səsləri susdurmaq səylərinin bir hissəsidir.

"Hər hücum dalğası ilə İsrail ordusu Qəzzada baş verən qırğınları dünyaya çatdıran fələstinli jurnalistləri hədəf almağa davam edir. Bu, sistematik susdurma siyasətinə çevrilib", Qəzzada jurnalist Hani Mahmud Əl-Cəzirəyə bildirib.