ASİMKOM Bonn şəhərində konfrans keçirib

oktyabrın 25-də Almaniyanın Bonn şəhərində Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzinin (ASİMKOM) növbəti konfransı keçirildi. Konfransda ASİMKOM İdarə Heyətinin üzvü, konfliktoloq və hüquq müdafiəçisi Arif Yunus “Azərbaycanda siyasi məhbuslarla bağlı vəziyyət”, ASİMKOM İH üzvü, jurnalist və siyasi təhlilçi Rauf Mirqədirov isə “Azərbaycanda insan haqları kontekstində beynəlxalq münasibətlər” mövzusunda əvvəlcədən planlaşdırılmış məruzələrlə çıxış etdilər və suallara cavab verdilər.

Mühacirət.com xəbər verir ki, tədbirdə Əbülfəz Sadıqov, Əhməd Cəlaloğlu və ASİMKOM üzvü Ələmdar Bünyadov isə planlaşdırılmamış maraqlı məruzələr, çıxışlar və təkliflər təqdim etdilər. A.Yunus, R.Mirqədirov, Ə.Sadıqov və digər iştirakçılar reqlament çərçivəsində – təxminən 10 dəqiqə danışdılar. Mən isə planlı məruzə ilə çıxış etdim və reqlamentdən üç dəfə artıq danışdım. Təəssüf ki…

Mən “Qloballaşma, kölgəli qloballaşma və Azərbaycan” mövzusunda çıxış etdim. Məruzəmi Pulitzer mükafatı almış jurnalist və təhlilçi Ann Applebaum-un məqalələri və kitabı, həmçinin Yaroslav Şimov-un yazıları əsasında hazırlamışdım. Çıxışımda yeni dünya düzəni və beynəlxalq siyasətin yeni mərhələsi – kölgəli qloballaşma haqqında danışdım.

Məsələ avtoritar rejimlərin qloballaşmanın açdığı imkanlardan öz maraqları üçün istifadə edərək mürəkkəb, çevik və çox zaman görünməz bir şəbəkə yaratması ilə bağlıdır. Bu şəbəkədə hakimiyyət, kapital, korrupsion sxemlər, xüsusi xidmət orqanları, kriminal qurumlar və rəqəmsal texnologiyalar qlobal səviyyədə birləşir. Belə bir şəbəkəni və infrastrukturu leqal və qeyri-leqal, ortaq və korrupsion maraqlar birləşdirir – siyasi, iqtisadi, maliyyə, hərbi, texnoloji və repressiv sahələrdə fəaliyyət göstərir.

Konfrans çərçivəsində ASİMKOM adından Avropa Birliyi, Avropa Şurası, Almaniya və Fransa xarici işlər nazirliklərinə müraciətlər qəbul edildi. Məruzələr ASİMKOM saytında çap olunduqdan sonra onlarla tanış olmaq mümkündür.

Dostlar, nəzərə alın ki, şəkillərin hamısı əlində deyil, mövcud olanlar isə hələlik budur.

Sözardı: Dəyərli dostlar! Postu oxuyub əsəbiləşsəniz və qəzəblənsəniz belə, zəhmət olmasa qəzəb işarələri qoymayın. Qəzəbiniz mənə deyil, Tofiq bəyə zülm edənlərə, zülmə dəstək olanlara, cinayət törədənlərə, bizi susdurmaq istəyənlərə və yalan danışanlara yönəlsin. Qəzəb işarələri yalnız yazılanın ziyanına işləyir.

Çingiz Sultansoy