Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşviliyə qarşı ittiham irəli sürülüb. Bu barədə Gürcüstan Prokurorluğunda keçirilən brifinqdə Baş prokuror Giorgi Qvaramidze məlumat verib.
Qurumun açıqlamasına görə, İrakli Qaribaşviliyə Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “g” bəndi ilə – qanunsuz gəlirin leqallaşdırılması və xüsusilə böyük məbləğdə gəlirin əldə edilməsi – ittihamı irəli sürülüb.
Baş prokurorun sözlərinə görə, sabiq hökumət başçısı ona qarşı irəli sürülən ittihamda özünü tam günahkar hesab edib.
Prokurorluq məhkəməyə 1 milyon lari məbləğində girov tətbiqi barədə vəsatət təqdim edib. Bu girov həm nağd pul, həm də daşınmaz əmlakla təmin edilə bilər.
“Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyi tərəfindən aparılan istintaqla müəyyən olunub ki, 2019–2024-cü illərdə Gürcüstanın müdafiə naziri və baş naziri vəzifələrini icra edən İrakli Qaribaşvili dövlət-siyasi vəzifə daşıdığı üçün ‘Korrupsiyaya qarşı mübarizə haqqında’ qanuna əsasən istənilən sahibkarlıq fəaliyyətində iştirak etməyi və vəzifə maaşından başqa hər hansı ödəniş almanı qadağan edən tələbi pozub. Buna baxmayaraq, Qaribaşvili vəzifədə olduğu dövrdə gizli şəkildə müxtəlif növ biznes fəaliyyəti ilə məşğul olub və qanunsuz yolla əldə edilmiş, xüsusilə böyük məbləğdə gəlirlər əldə edib.
Məlumata görə, bu gəlirlərin leqallaşdırılması məqsədilə o, gəlir və xərcləri barədə təqdim etdiyi bəyannamələrdə saxta məlumatlar göstərib, guya ailə üzvündən hər il böyük məbləğdə pul hədiyyə aldığını qeyd edib. Bu yolla o, qeyri-qanuni biznes fəaliyyətindən əldə etdiyi 830 000 lari məbləğində gəlirin bir hissəsini qanuni dövriyyəyə daxil edib.
Bundan əlavə, Qaribaşvili 2023–2024-cü illərdə 463 630 lari dəyərində iki avtomobil alaraq onları yaxın şəxsin adına rəsmiləşdirib və ailə üzvü vasitəsilə 210 000 lari dəyərində bir şirkətin 100% payını əldə edib. Həmin şirkətin balansında daşınmaz əmlak olub. Paralel olaraq, onun ailə üzvünün adına qeydiyyatda olan MMC-yə ümumilikdə 3 670 172 lari məbləğində investisiya yatırılıb. Qeyri-qanuni gəlirin əsas hissəsini gizlətmək məqsədilə Qaribaşvili həmin vəsaiti xarici valyutaya çevirmiş, nəticədə 6 500 000 ABŞ dolları 2025-ci il 17 oktyabr tarixində onun mənzilində aparılan axtarış zamanı aşkar edilərək götürülüb.
Yuxarıda göstərilən əməllərə görə, İrakli Qaribaşviliyə Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin 'g' bəndi ilə ittiham irəli sürülüb bu, qanunsuz gəlirin leqallaşdırılması və xüsusilə böyük məbləğdə gəlirin əldə edilməsi deməkdir. O, özünü təqdim edilən ittiham üzrə tam günahkar kimi tanıyıb.
Prokurorluq qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edərək ona qarşı 1 milyon lari girov tədbirinin tətbiqini, həmçinin əlavə olaraq pasportun hüquq-mühafizə orqanına təhvil verilməsi və ölkədən çıxış qadağasının qoyulmasını tələb edəcək.
Cinayət işi üzrə istintaq davam edir” , – deyə Giorgi Qvaramidze qeyd edib.
Prokurorluq Qaribaşviliyə ittiham irəli sürdü və 1 milyon lari girov tələb edir