İraqın Samirra şəhərində yerləşən İmam Hadi (ə) və İmam Həsən Əskəri (ə) ziyarətgahı - Əskəriyyədə Xanım Zeynəbin (s.ə.) mövludu ərəfəsində bayram ab-havasına bürünüb.
Zeynəb (s.ə) xanımın doğum günü münasibətilə hərəmin həyəti ən gözəl bəzəklərlə süslənib. Ziyarətgahda sevinc və ehtiram dolu atmosfer hökm sürür.
Bu əlamətdar gün münasibətilə Samirra şəhərindəki müqəddəs məkan ziyarətçiləri qəbul etməyə hazırlaşır. Hərəmin daxilində və ətrafında xüsusi işıqlandırma, dekorativ elementlər və dini proqramlar təşkil olunub.
Xatırladaq ki, Xanım Zeynəb (s.ə) hicrətin 6-cı ilində, cəmadiül-əvvəlin ayının 5-də Mədinə şəhərində Peyğəmbər ailəsində, İmam Əli (ə) və Peyğəmbərin can parəsi olan Xanım Fatimeyi Zəhranın (s.ə.) evində dünyaya göz açmışdır. Cəmadül-əvvəl ayının 6-sı bu il oktyabrın 27-nə təsadüf edəcək.
Əskəriyyədə Xanım Zeynəbin (s.ə) mövluduna hazırlıq başlayıb