İsrailin yeraltı qazıntılarına qarşı xəbərdarlıq
Fələstin hökumətinə bağlı Qüds Qubernatoru, İsrailin Məscidül-Əqsa və onun ətrafında apardığı yeraltı qazıntıların həm məscidin bünövrəsini, həm də şəhərin tarixi simasını təhlükə altına saldığını bildirib.
Netanyahu “Hacılar Yolu” tunelini açdı
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Qüds qubernatorunun müavini Maruf ər-Rifai yazılı açıqlamasında bildirib ki, İsrailin Məscidül-Əqsa altında həyata keçirdiyi qazıntılar “Köhnə Qüdsdəki İslam və tarixi irsi yəhudiləşdirmə planının tərkib hissəsidir” və bu fəaliyyətlər beynəlxalq hüquqa ziddir.
Tarixi su yolları tunellərə çevrilir
Rifai qeyd edib ki, sözügedən tunellərin əksəriyyəti əvvəllər şəhərin su yolları olub, lakin indi qurudularaq muzeylərə, sinqoqlara və turistik keçidlərə çevrilib. Onun sözlərinə görə, bu tunellərdən biri “Cəbbanə Bazarı” kimi tanınır və artıq “Məscidül-Əqsa altındakı infrastrukturu təhdid edən yəhudi turist marşrutu”na çevrilib.
Rifai əlavə edib ki, bu qeyri-elmi qazıntılar nəticəsində tarixi fələstin evləri, qədim məktəblər və dini abidələr zərər görə bilər. Həmçinin Məscidül-Əqsa altındakı torpağın strukturu dəyişərək məscidin təməl möhkəmliyini sarsıda bilər. O vurğulayıb ki, bu fəaliyyətlər elmi məqsəd daşımır və tamamilə siyasi motivlidir.
“Qüdsün gələcəyi üçün təhlükəli proses gedir”
Rifaiyə görə, tunellər vasitəsilə İsrail, Qüdsdəki müqəddəs məkanlar üzərində nəzarəti ələ almağa çalışır. Bu isə, şəhərin gələcəyi və Fələstin kimliyi baxımından ciddi narahatlıqlara səbəb olur.
O, bu layihələrin uzunmüddətli planın bir hissəsi olduğunu və məqsədin Qüdsün yəhudiləşdirilməsi və tarixi xarakterinin dəyişdirilməsi olduğunu bildirib. Rifai əlavə edib ki, İsrail hökuməti bu qazıntılar vasitəsilə mövcud tarixi tikililəri dağıdır və onların yerində öz ideoloji hekayəsinə uyğun strukturlar inşa edir.
Qeyd edək ki, Sionist Rejimin Baş naziri Benyamin Netanyahu, sentyabr ayında ABŞ-ın sabiq dövlət katibi Marko Rubio ilə birlikdə Qüdsün Köhnə Şəhər hissəsində yerləşən və Məscidül-Əqsa ətrafında qazılmış onlarla tuneldən biri olan “Hacılar Yolu” tunelinin açılışında iştirak etmişdi.
Fələstin tərəfi isə bu addımı, şəhərin dini və tarixi status-kvosunu dəyişdirməyə yönəlmiş açıq təxribat kimi qiymətləndirir.
İsrailin yeraltı qazıntıları Məscidül-Əqsanı təhlükə altına alır