İsrailin hava hücumları nəticəsində Qəzzada 40-dan çox fələstinli ölüb

Son sutka ərzində İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

Bu barədə Al Mayadeen telekanalı məlumat yayıb.

Ən çox itki Nuseyrat və Əl-Breyc qaçqın düşərgələrində qeydə alınıb. Burada 18 nəfərin öldüyü, 50-dən çoxunun isə yaralandığı bildirilir.

Yaralılar “Əl-Auda” xəstəxanasına yerləşdirilib.

Məlumata görə, son 24 saat ərzində İsrail ordusu anklavda təxminən 100 hədəfə zərbə endirib.