Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo azalmaqdadır. Saldo ixrac və idxal arasında fərqdir. Yəni ölkəyə gələn pulla çıxan pulun müqayisəsində artım azalmaqdadır. Məsələn, avqustun sonunda saldo 2 milyard 12 milyon dollar olub (İxrac 17, idxal 15 milyard dollar). Sentyabrın sonunda isə bu rəqəm 1.9 milyard dollara düşüb. (İxrac 18.6, idxal 16.7 milyard dollar)
Azərbaycanın xarici ticarətində müsbət saldo ötən il sentyabrın sonu ilə müqayisədə isə düz 2.8 dəfə azalıb.
Ölkə ticarətində müsbət saldonun azalmasını hökumət rəsmiləri bu il xaricdən qızıl alışının artması ilə izah edirlər. Amma müstəqil iqtisadçılar vurğulayırlar ki, qızıl alışı yeganə səbəb deyil. Onların fikrincə, neft hasilatının və neftin qiymətinin aşağı düşməsi, bununla da paralel olaraq qeyri-neft ixracının ciddi şəkildə artmaması da bu vəziyyəti doğuran amillərdəndir.
Azərbaycanın ticarətində müsbət meyl azalır