Rusiya-İran Ticarət Şurasının sədri Leonid Lozheçko iki ölkə arasında ticarətdə ödənişlərin 80%-nin milli valyuta ilə edildiyini açıqlayıb.
İran və Rusiyadan olan iş adamları iqtisadi əməkdaşlığı gücləndirmək üçün Tehranda bir araya gəliblər.
Rusiya-İran Ticarət Şurasının sədri Leonid Lozheçko iclasda iki ölkə arasında ticarətdə ödənişlərin 80%-nin milli valyuta ilə edildiyini bildirərək, "Bu, iki ölkə arasında maliyyə müstəqilliyinin möhkəmlənməsini nümayiş etdirir" deyib.
Lozheçko Rusiya-İran Ticarət Şurasının strateji plan çərçivəsində əməkdaşlığı inkişaf etdirdiyini və bu çərçivədə yeni texnologiyalar, telekommunikasiya, tibb və xüsusilə kibertəhlükəsizlik sahələrində birgə səylərə üstünlük verdiklərini bildirib.
“Rusiyanın İrana ixracatının əksəriyyəti taxıl, taxta-şalban, yağlı bitkilər, kimya, alüminium, kömür və dəmir məmulatlarından ibarətdir. İrandan Rusiyaya ehtiyat hissələri, enerji məhsulları, keramika, sement, kənd təsərrüfatı məhsulları ixrac edilir. İki ölkə arasında ticarətin təqribən 60%-i kənd təsərrüfatı məhsullarına əsaslanır".
2022-ci ilin iyulunda İran və Rusiya ikitərəfli ticarətdə ABŞ dolları əvəzinə öz milli valyutalarından istifadə etməyi planlaşdırdıqlarını açıqladılar.
İran və Rusiya arasında milli valyutada ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb