Azərbaycanda İsrail səfirliyi bağlanılmalıdır

Qəzzada yaşananlar həqiqətən də bütün insanlıq sərhədləri xaricindədir. Bu isə yalnız insanlıq qatilinin dəsti xəttinə münasib bir vəhşiliyin təzahürüdür. Bir gecədə 4-ü uşaq olmaqla 15, ümumilikdə isə 100-dən artıq fələstinli-qadınlı, uşaqlı acından dünyasını dəyişib. Müharibə cinayəti ən şiddət həddinə məruz qoyularaq qaniçən İsrail Qəzzaya hər növ zəruri ehtiyacları buraxmır.

Bu qədərini dünyanın seyr etdiyi vəhşilik, nifrət, qeyri-insani ədavət dolu bir rejimin ölkəmizdə səfirliyinin olması Azərbaycan xalqına təhqirdir. Bu rejim soyqırımçı, insanlıq düşmənidir və onun dağıdıcı xisləti dünya üçün təhlükəli olduğu kimi ölkəmiz üçün də təhlükəlidir və mütləq İsraillə hər hansı bir diplomatik əlaqələr kəsilməlidir.

Beynəlxalq hüququn belə müharibə qanunlarını müəyyən etdiyi konvensiyaları ayaqlar altına atan bir rejimin danışıq dili güc dilidir. İsrail heç bir kriteriyaya sığmadan qaçqın düşərgələri, xəstəxanaları, dinc əhalini hədəfə alaraq bütün cinayətləri Qəzza da daxil Yaxın Şərqdə törədib və indi də Qəzzə əhalisini acılqla məhv edir.
Birmənalıdır ki, canavarın xisləti parçalamaqdır və o harada olsa xislətini dəyişməyəcək. Bu təfəkkürün ölkəmizin gələcəyi üçün də hansı təhlükələrə yol açması bu günün mövcud sionizm düşüncəsindən görmək olar.

İsrail insanlıq düşməni, bəşəri cinayət maşınıdır və mütləq Azərbaycan onunla hər növ əlaqələrə son qoymalıdır.
Bu gün insanların aclıqla ölümünü öz qüdrəti hesab edəb bir təfəkkür tərzinin sabah hansı vəhşilikləri törədəcəyi və onun növbəti qurbanının kimin olacağını düşünmək isə vicdanların ixtiyarındadır.