Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslər sərbəst ifadələr veriblər.
Demokratik Təşəbbüslər İnstitutunun (IDI) həbsdə olan əməkdaşı İlkin Əmrahov əvvəlki prosesdəki sərbəst ifadəsinə davam edib. O, IDI ilə əməkdaşlıqdan öncəki dövrdə fəaliyyətlərindən, o cümlədən Avrasiya Əməkdaşlıq Fondunun təşkil etdiyi təlimçilər üçün təlim layihəsində iştirakından danışıb.
“Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) müstəntiq qrupu kompüterimdə bu layihədə iştirakımı təsdiq edən məlumatları, mesajları “mötəbər sübut” kimi cinayət materiallarına əlavə edib. Qeyd edim ki, 2022-ci ildə başqa təşkilatlarda da fəaliyyətim olub. Mənim məqsədim özümü inkişaf etdirmək və vətəndaş cəmiyyətinə töhfə vermək olub. İstintaq orqanı da mənim fəaliyyətlərimi cinayət işinə daxil edərək, özləri də istəmədən mənim məqsədimi təsdiq ediblər”, - o deyib.
İ.Əmrahov əlavə edib ki, ittiham aktında yazıldığı kimi A.Qurbanovla 2014-cü ildə deyil, yalnız 2023-cü ildə, IDI-nin gənc layihə menecerləri üçün təliminə müsahibə zamanı tanış olub:
“Təxminən 30 dəqiqəlik qısa söhbətimiz oldu. Müsahibədən sonra öz-özümə düşündüm ki, əgər Azərbaycanda 4-5 sotun içərisində demokratik mühit varsa, mən də orada olmalıyam, belə də oldu. Müsahibədən uğurla keçdim və fevral ayının sonlarından etibarən 3 ay müddətində şənbə-bazar günləri 3 saatlıq təlimlərə qatıldım”.
2024-cü ilin martın 6-da polisin “Toplum TV” və IDI ofislərində reydini xatırladan İ.Əmrahov deyib ki, həmin vaxt artıq təşkilatda layihə koordinatoru kimi çalışırdı.
İ.Əmrahov bildirib ki, 2024-cü il martın 6-da polis tərəfindən “Toplum TV” və IDI ofislərində keçirilən reyd zamanı o, artıq təşkilatda layihə koordinatoru vəzifəsində çalışırdı.
“Polislər ofisə basqın etdilər. Dərhal interneti kəsdilər. Telefonları məcburi şəkildə hər kəsdən aldılar. Məhkəmə qərarı təqdim etmədən, heç bir izahat vermədən “təcili əməliyyat - axtarışa” başladılar.
Halbuki ofisdə insan meyiti yox idi, şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayət hazırlanmırdı və ya insanın həyat və səhhəti üçün real təhlükə yox idi”, - o bildirib.
İ.Əmrahov ardınca deyib ki, polis tərəfindən saxlanıldıqdan sonra başına qara torba keçirilərək Lökbatan qəsəbəsində yaşadığı evə gətirilib və evdə tapıldığı iddia olunan pul vəsaitini sayması israr olunub:
“Pulların mənim olmadığını, elə polisin özünün qoyduğunu bildirib, pulları saymaqdan imtina etdim. Bir neçə dəqiqə mübahisə elədik, babam da qarğış eləyirdi. Əməliyyatçılardan biri mənim qoluma vurulan rezin “zajem”dən (red: [sıxac]) birini də gətirdi ki, pulları sayıb bizə təqdim etməsən, babanı da qandallayıb səninlə birlikdə idarəyə aparacağıq. Atam və anam da gəlmişdilər, onları da evə buraxmırdılar. İkisi də hasardan atlanıb həyətə girmişdilər. Əməliyyatçılar valideynlərimi də idarəyə aparacaqlarını deyib, təhdid edirdilər. Mən də babam və valideynlərim daha çox stres yaşamasınlar deyə məcbur qalıb pulları sayıb verdim”.
Daha sonra İ.Əmrahov dindirilmə üçün polis bölməsinə aparıldığını xatırladıb. Xəstə olduğu üçün ona dərmanlar verilib və o, bu dərmanları qəbul edib.
“Sonradan Kürdəxanıda narkotik istifadə edən şəxslərlə söhbət edəndə BŞBPİ-dəki atdığım dərmanların görünüşünü izah etdim. Mənə dedilər ki, həmin dərmanlar lirika adlı narkotik tərkibli dərman olub. Hansı səbəblə saxlanıldığım, nədə ittiham olunduğum barədə heç nə deyilmirdi. Daha sonra vəkil getdi. Gecə saat 1-2 olardı, müstəntiq ifadədə texniki səhvlər olduğunu, yenidən tərtib etdiyini dedi. Halsız vəziyyətdə olduğum üçün oxumadan qol çəkdim. Təzyiq altında olduğum üçün şübhəli şəxs kimi verdiyim ifadədən imtina edirəm”, - o bildirib.
İ.Əmrahov istintaqın onun digər təqsirləndirilən şəxslərlə birgə xaricdən valyuta qaçaqmalçılığında iştirak etməsi iddiasını da təkzib edib.
“BŞBPİ-nin məhkəməyə təqdim etdiyi vəsatət və təqdimatlarda yazılırdı ki, istintaq guya müəyyən edib ki, biz qabaqcadan əlbir olub 2023-2024-cü illər ərzində müxtəlif adlar altında xarici ölkələrə səfərlər etmişik və xaricdən ölkəyə qaçaq mal gətirmişik. Xətai Rayon Məhkəməsi bu təqdimatı əsas tutaraq ümumilikdə 13 ay sanksiya verib. Halbuki dövlətin ali institutu olan məhkəmə müstəqil olsaydı, sadə bir araşdırma ilə müəyyən edərdi ki, mən ümumiyyətlə xarici ölkəyə getməmişəm, xarici pasportum da yoxdur. Sanksiya məhkəmələrində proses necə qanunsuz aparılırdısa, indi də o formada davam edir”, - o deyib.
Daha sonra çıxış edən “Toplum TV” əməkdaşı Fərid İsmayılov media qurumu ilə 2022-ci ildən əməkdaşlıq etdiyini bildirib və ittihamları rədd edib.
“Artıq 10-cu aydır həbsdəyəm. Ümumilikdə bu proses il yarımdır davam edir. Mən hələ də qanunda nəyi pozduğumu bilmirəm. Dövlət Gömrük Komitəsinin sənədləri ilə qaçaqmalçı olmadığımı, Mərkəzi Bank çirkli pulları istifadə etmədiyimi, şahidlər “Toplum TV”-də sadəcə müxbir olduğumu təsdiqləyib. Bəs cinayət olan nədir? Minlərlə səhifəlik cinayət işində mənə aid olan bir sübut göstərin, bütün ittihamları qəbul edim. Bu səbəbdən bildirirəm ki, təqsirsizəm”, - o qeyd edib.
Daha sonra çıxış edən “Toplum TV” videoredaktoru Müşfiq Cabbar da ittihamları rədd edib, cinayət işini siyasi adlandırıb.
“Biz “Toplum TV” olaraq sadə insanların səsi olmuşuq, hər kəsin problemini işıqlandırmışıq. Bizi həbsə gətirən əsas səbəblər bunlardır. Bu gün yerli TV-lər ara-sıra sosial problemləri efirə verir. Biz həbs olunana qədər ölkə “Gülüstan” idi. Nə oldu, birdən problemlər çıxdı ortaya? Hökumət azad jurnalistlərin demək olar hamısını həbs edib. Amma bizim açdığımız o cığırı qapada bilmir. İnsanlar şikayətlərini mediaya danışmağı öyrəniblər. Bizim yoxluğumuzu hiss etdirməmək üçün “AzTV” də məcburdur partlamış kanalizasiya borusunu işıqlandırsın”, - o deyib.
Digər təqsirləndirilən şəxs, jurnalist Elmir Abbasov isə sərbəst ifadə verməkdən imtina edib. O, həmçinin, istintaqa verdiyi ifadədən imtina etdiyini bildirib.
“Toplum TV” həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli isə səhhəti ilə bağlı ev dustaqlığına buraxılması üçün yenidən vəsatət verib. O, boğazından əlavə onurğasında da bir şiş aşkarlandığını bildirib. Onun sözlərinə görə, təcridxanada UZİ müayinəsi olsa da, həkim bu şişin yalnız MRT ilə müayinə olunmalı olduğunu bildirib.
Ə.Məmmədli 350 səhifəlik materialla aparılan “saxta” istintaq prosesinin heç bir əsası olmadığını, günahsız olduğunu deyib və məhkəmənin insan haqlarını əldə əsas tutaraq iş bitənə qədər ən azı ev həbsi verilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, "Toplum TV"-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, "Toplum TV" redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
“Toplum TV işi”: “Dedilər pulları saymasan, babanı da qandallayıb aparacağıq”