Çilidə 20 yaşadək futbolçular arasında dünya çempionatının qalibi bəlli olub.
Final qarşılaşmasında Mərakeş və Argentina milli komandaları üz-üzə gəliblər. Görüş Mərakeş yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın hər iki qoluna Yassir Zabiri imza atıb. Bununla da Mərakeş tarixində ilk dəfə gənclər arasında dünya çempionu olub.
Mundialın bürünc medallarını isə üçüncü yer uğrunda oyunda Fransa seçməsinə minimal hesabla qalib gələn Kolumbiya yığması qazanıb.
Xatırladaq ki, 2023-cü ildə mundialın qalibi Uruqvay olmuşdu. Turnirin ən titullu komandası isə altı dəfə çempion olan Argentinadır.
Mərakeş gənclər arasında dünya çempionu oldu