İran, İsrailin paytaxtı Təl-Əviv şəhərinə qarşı yeni hava hücumu başladıb. Ardı-arda buraxılan raketlər İsraildə səmanı işıqlandırıb. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı "Doğru vəd - 4" əməliyyatının 24-cü mərhələsinin başlandığını elan edib.
SEPAH-ın mətbuat xidmətinin məlumatında belə deyilir.
Hərbi qurumun "Fars" agentliyi tərəfindən yayımlanan məlumatına görə, əməliyyat çərçivəsində İsrail ərazisi istiqamətində üç növ raket buraxılıb.
Hücum zamanı 'Xeybar' 'Khorramshahr-4' və 'Fattah' kimi yeni nəsil bərk və maye yanacaqlı raketlər, eləcə də pilotsuz uçuş aparatlarından istifadə olunduğu qeyd edilib.
Xatıeladaq ki, İsrail və ABŞ, Tehran və Vaşinqton administrasiyaları arasında danışıqlar davam etdiyi bir vaxtda 28 fevralda İrana qarşı hərbi hücuma başlayıb. İran isə İsraillə yanaşı ABŞ hərbi bazalarının yerləşdiyi Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn başda olmaqla bölgədə müəyyən etdiyi hədəflərə hücumlarla cavab verib.
ABŞ-İsrail hücumları nəticəsində İranın ali lideri Ayətullah Əli Xamenei ilə yanaşı çox sayda yüksək vəzifəli şəxs şəhid olub. İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur bildirib ki, ABŞ-İsrail hücumları nəticəsində 926 nəfər həyatını itirib.
İrandan yeni hücum dalğası Təl-Əviv səmasını işıqlandırdı