Uşaqların dini etiqada məcbur edilməsini qadağan edən qanunun qəbulundan sonra planlı olaraq bütün diqqətlər yenidən orta məktəblərdə baş örtüyü ilə məktəbə gələn uşaqlara dikilib. Güya onların baş örtüyünə məcbur edilməsi kimi bu addımı qiymətləndirənlər hicabı eyni halda məktəbli geyiminin tərkib hissəsinə zidd element də hesab edirlər. Bu isə öz növbəsində bəzi məktəb drektorlarına hicaba qarşı “mübarizəyə” başlamaq üçün sankı bir əsasa çevrilib.
Hicabla bağlı məktəblərdə qadağaların yer alması öz növbəsində uşaqların təhsildən uzaqlaşdırılması kimi hüquq və azadlıqların pozulması məsələsini də diqqətə gətirir ki, bu da bir daha əlaqədar təşkilatları bu məsələdə həssas olmağa çağırır.
Belə qadağalardan biri sosial şəbəkələrdə İmişli rayonu 8 saylı tam orta məktəbdə hicablı qız şagirdlərinin dərsə buraxılmadığı ilə bağlı yayılan videoda gündəmə gəlib.
Videoda məktəbdə təhsil alan bəzi hicablı qız uşaqları təhsil müəssisəsinin girişində saxlanılaraq dərs prosesinə buraxılmadığı görünür. Valideynlərin bildirdiyinə görə, məktəb rəhbərliyi tərəfindən hicablı şəkildə dərslərə qatılmağa icazə verilmədiyi qeyd olunur.
İddialarda bu qərarın məktəbin direktoru Rana Quliyeva tərəfindən verildiyi bildirilir. Valideynlər məsələ ilə bağlı narazılıqlarını ifadə edərək aidiyyəti qurumların mövqeyini gözlədiklərini deyirlər.
Qeyd edək ki, məsələ ilə bağlı məktəb rəhbərliyinin və aidiyyəti qurumların rəsmi açıqlaması hələlik mövcud deyil.
Hicablı şagirdlər məktəbə buraxılmayıb