Cüdoçumuz Türkiyədə bürünc medal qazandı

Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib. 

İlk yarış günündə Azərbaycan milli komandasının bir üzvü fəxri kürsüyə qalxıb.

- 48 kq çəki dərəcəsində tatamiyə çıxan Könül Eyvazlı üçüncü yeri tutub. O, həlledici görüşdə Türkiyə təmsilçisi Büşra Ceylin Çoşkuna qalib gələrək bürünc medala layiq görülüb. 

Qeyd edək ki, turnirdə 21 ölkədən 550 cüdoçu qüvvəsini sınayır.