İranın “Tasnim” agentliyinin məlumatına görə, ölkənin Kəşfiyyat Nazirliyində çalışan bir mənbə sionist rejimin Qüdsdə yerləşən Əl-Əqsa məscidini hədəf ala biləcək mümkün plan barədə xəbərdarlıq edib.
Məlumatda bildirilir ki, iddiaya əsasən İsrail hücumu İran və regiondakı müqavimət qüvvələrinin üzərinə atmaq məqsədilə həyata keçirə bilər. Mənbə bu ssenarinin “saxta bayraq” taktikası çərçivəsində planlaşdırıldığını bildirib.
İranlı mənbənin sözlərinə görə, plan çərçivəsində pilotsuz uçuş aparatları və ya raketlərdən istifadə edilə bilər. Qeyd olunur ki, belə bir hücum Qüds Günü ərəfəsində həyata keçirilə bilər.
Mənbə bildirib ki, belə bir ssenarinin məqsədi müsəlman və ərəb ictimai rəyini İran və müqavimət qüvvələrinə qarşı yönəltmək ola bilər.
Qüds ətrafında təhlükəsizlik tədbirləri
İran mənbəsi həmçinin İsrailin son günlərdə Əl-Əqsa məscidi ətrafındakı ərazilərdə təhlükəsizlik tədbirlərini artırdığını iddia edib.
Məlumata görə, bəzi yaşayış məntəqələrində yaşayan işğalçıların ərazidən tədricən çıxarıldığı barədə məlumatlar yayılıb. İran tərəfi bu addımların mümkün ssenari ilə əlaqəli ola biləcəyini bildirib.
Qüds vilayətinin yerli mənbələrinin məlumatına görə, sionist rejim polisi cümə günü Əl-Əqsa məscidinin ibadət edənlər üçün bağlanacağını açıqlayıb. Bu səbəbdən həmin gün cümə namazının keçirilməyəcəyi bildirilib.
Məlumatlarda qeyd olunur ki, İran ətrafında başlayan hərbi gərginlikdən sonra sionist rejim qüvvələri məscidə girişə ciddi məhdudiyyətlər tətbiq edib.
İranlı mənbə müsəlman ölkələrini və beynəlxalq ictimaiyyəti vəziyyətə diqqət yetirməyə çağırıb. O bildirib ki, Əl-Əqsa məscidinə qarşı mümkün hücum ciddi nəticələrə səbəb ola bilər.
Ekspertlər isə qeyd edirlər ki, Qüds və Əl-Əqsa məscidi Qərbi Asiyada ən həssas dini və siyasi mövzulardan biri hesab olunur və bu mövzuda yayılan məlumatlar regionda gərginliyi daha da artırır.
İsrailin “Qüds Günü” Əl-Əqsanı vuraraq İranı ittiham etmək ehtimalları var