Avstriya hicab qadağasını genişləndirir...

Avstriya 14 yaşından kiçik qızlar üçün hicabın qadağan edilməsinə qərar verib. ÖVP inteqrasiya naziri Claudia Plakolm cəsarətli açıqlama verərək, "İslamda hicab zərərsiz parça deyil, zülmün simvoludur" ifadəsini işlədib.

Sentyabr ayında koalisiya hökumətinin razılaşdırdığı qadağanın bu il parlamentdə qəbul ediləcəyi və 2026-cı ildə qüvvəyə minəcəyi gözlənilir. Qanun hicablı gənclərin ailələrinə cərimə tətbiq etməklə ailədaxili hicablara təzyiqi genişləndirmək məqsədi daşıyır.

Qanun layihəsində qadağaya baxmayaraq, 14 yaşından kiçik qızlarını hicablı məktəbə göndərən ailələrin 1000 avroya qədər cərimələnməsi nəzərdə tutulur.

Mühafizəkar Avstriya Xalq Partiyasının (ÖVP) inteqrasiya naziri Claudia Plakolm qanunu müşayiət etmək üçün nəzərdə tutulan tədbirlər paketini açıqlayaraq, təkcə qadağanın kifayət etməyəcəyini vurğulayıb. Plakolm bazar ertəsi verdiyi açıqlamada gənc müsəlman qızların özünə inamının artırılmasının və gənc müsəlman kişilərlə əlaqə saxlamağın vacibliyini söyləyib.

"DW Turkish" xəbər verir ki, nazir Plakolm "Gəncləri patriarxal strukturların xaricinə çıxaracağıq. Onlara alternativlər göstərəcək və əsl gücün zülmlə heç bir əlaqəsi olmadığını izah edəcəyik" deyib.

Plakolm, hicab qadağasının "köklənmiş mədəni və ailə təzyiqlərini qırmaq" üçün kifayət etməyəcəyini ifadə edərək, buna görə də hərtərəfli təşviq paketi vasitəsilə təhsilə və dəyərlərin ötürülməsinə yönəlmiş təşəbbüslərə üstünlük verdiklərini əlavə edib.