Bu gün, oktyabrın 23-də Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehralıyev ittiham aktını elan edib.
İttihama görə, B.Süleymanlı ABŞ-nin Alman Marşall Fondundan və digər fondlardan sosial məzmunlu layihələr keçirmək adı ilə ayrılan ümumilikdə 148 min manatdan artıq vəsaiti - qrantı mənimsəməkdə şübhəli sayılır. İddiaya görə, o, Mehriban Rəhimli (Alman Marşall Fondunun Azərbaycan üzrə məsləhətçisi-red.) və digərləri ilə əlaqəli olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib, alınmış qrantlar barədə müvafiq nazirliklərə məlumat verməyib.
B.Süleymanlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O habelə vurğulayıb ki, bu, siyasi, qurama işdir.
Prosesdə bəlli olub ki, M.Rəhimli ilə bağlı iş ayrı icraata verilib və hazırda ibtidai istintaq davam edir.
Növbəti proses noyabrın 20-nə təyin edilib.
Xatırlatma
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində QHT-lərlə bağlı cinayət işi 2014-cü ilin yayında başlanıb, ardından da ölkədə bir sıra təşkilat başçıları həbs edilib. Onların arasında Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və icraçı direktoru Bəşir Süleymanlı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi alim Arif Yunus, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov da olub. Adları çəkilən şəxslərin hamısına münasibətdə Avropa İnsan Haqları Məhkəməsi Konvensiyanın 18-ci (hüquq və azadlıqların Konvensiyadankənar məqsədlərlə məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanıyıb.
Təşkilat rəhbərlərinin həbsinin ardından ölkədə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə xeyli əlavə və dəyişiklik edilib. Beynəlxalq təşkilatlar, o cümlədən Venesiya Komissiyası həmin dəyişiklikləri tənqid edərək təşkilatların fəaliyyətini məhdudlaşdırmağa hesablandığını vurğulayıb.
Bəşir Süleymanlı: 'Bu, siyasi, qurama işdir'