"İrakli Qaribaşvili qanunsuz gəlir əldə etdiyini etiraf edib"

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyində keçmiş baş nazir İrakli Qaribaşvili dindirilib.

Bu barədə DTX-də keçirilən brifinqdə Antikorrupsiya Agentliyinin direktoru Emzar Dzaqnidze məlumat verib.

Onun sözlərinə görə, İrakli Qaribaşvili istintaqla tam əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.

Bundan əlavə, DTX bildirib ki, qarşıdakı günlərdə istintaq mövcud və əlavə əldə edilmiş sübutlar əsasında həm İrakli Qaribaşvilinin hərəkətlərinin hüquqi təsnifatı, həm də ona qarşı qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq.

“Cəmiyyətə məlum olduğu kimi, hazırda intensiv, kompleks, operativ və istintaq hərəkətləri aparılır. Bu, son günlərdə aparılmış müxtəlif, o cümlədən keçmiş yüksək vəzifəli siyasi şəxslərin və onlarla əlaqəli şəxslərin mənzillərində axtarışlarla bağlı cinayət işlərinə aiddir.

Bundan bir neçə dəqiqə əvvəl Gürcüstan Baş Prokurorluğunda həmin cinayət işlərindən biri üzrə brifinq keçirildi və kompleks tədbirlər nəticəsində saxlanılan şəxslərdən biri barədə məlumat verildi.

Əlavə olaraq, ictimaiyyətə bildiririk ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyində keçmiş baş nazir İrakli Qaribaşvili dindirilib. O, istintaqla tam əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib. Müvafiq olaraq, qarşıdakı günlərdə istintaq mövcud və əlavə əldə edilmiş sübutlar əsasında onun hərəkətlərinin hüquqi təsnifatı və ona qarşı qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq. Bu barədə ictimaiyyət də məlumatlandırılacaq” , - deyə DTX-nın Antikorrupsiya Agentliyinin direktoru Emzar Dzaqnidze bildirib.