ABŞ ordusu Qəzzada atəşkəs monitorinq mərkəzinin açıldığını elan edib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsraildə Qəzzaya yardım koordinasiya mərkəzi və atəşkəs monitorinq mərkəzinin açıldığını elan edib.

Bu barədə CENTCOM çərşənbə axşamı yaydığı bəyanatında deyilir

"ABŞ Mərkəzi Komandanlığı oktyabrın 17-də İsraildə mülki-hərbi koordinasiya mərkəzi açıb və rəsmi olaraq Qəzzaya yardım üçün ilkin koordinasiya mərkəzini yaradıb. Mərkəz sabitləşdirmə səylərini dəstəkləyəcək. Mərkəz həmçinin atəşkəsə nəzarət edəcək", - bəyanatda deyilir.