Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb

Oktyabrın 23-də Şirvan Apellyasiya Məhkəməsində həbsdə olan tədqiqatçı İqbal Əbilovun barəsində olan hökmdən müdafiə tərəfinin verdiyi şikayətə baxılıb.

İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin məlumatına görə, məhkəmə onun barəsində çıxarılmış 18 il müddətinə azadlıqdan məhrumetmə qərarını qüvvədə saxlayıb.

Müdafiə Komitəsi həm də bildirib ki, İ.Əbilov iclasda saxlanıldığı Şirvan Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma məntəqəsinin rəisi tərəfindən ona qarşı kobudluq edildiyini vurğulayıb. Hakim məsələni qeydə aldığını bildirib.

Əbilovun vəkilləri hökmün yenidən baxılması üçün Ali Məhkəməyə müraciət edəcəyini açıqlayıblar. İqbal Əbilova mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il hökm oxunub. Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb.