Vəkil Zabil Qəhrəmanov saxlanılıb. O, xuliqanlıqda ittiham olunur.
Bu barədə APA məlumat yayıb.
Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün saxlanılıb.
Zabil Qəhrəmanovun avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi iddia olunur.
Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparıldığı bildirilir.
Oktyabrın 8-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən, Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.
Z.Qəhrəmanov Tovuz rayonunda 11 yaşlı Nərmin Quliyevanın qətlində günahlandırılan İlkin Süleymanovun vəkili kimi tanınır. O, həmçinin, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.
Onun Gəncədə polislərin fəaliyyəti barədə sosial mediada yazdıqlarına və açıqlamalarına görə cəzalandırıldığı ehtimal olunur.
Vəkil Zabil Qəhrəmanov saxlanılıb