Azərbaycan ruhaniləri İran İslam Respublikasında baş verən son iğtişaşlarla bağlı bəyanat yaydı

Azərbaycan ruhaniləri İran İslam Respublikasında baş verən son iğtişaşlarla bağlı bəyanat yaydı

 

Bəyanatda deyilir:

“Bağışlayan və mehriban Allahın adı ilə

"Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır". (Saff surəsi, 8-ci ayə).

İran İslam Respublikasında baş verən son terror hadisələrinə dərin kədərlə yanaşır və bu hadisələrin İslam ümmətinin düşmənləri olan Amerika imperializminin və beynəlxalq sionizmin planının bir hissəsi olduğuna inanırıq. Bu acı hadisə ilə əlaqədar, İslam İnqilabının rəhbəri Ayətullah Xamenei cənablarına, təqlid mərcələrinə və bütün İran xalqına başsağlığı verir və bu cinayətləri qəti şəkildə qınayırıq.

Bu cinayətlərdə yaşanan acı hadisələr - o cümlədən müqəddəs kitabımıza, məscid və dini mərkəzlərimizə edilən hər cür təhqirlər təbii ki, hər bir müsəlmanın ürəyini yandırır və qəzəbinə səbəb olur.

Biz, Azərbaycan Respublikasının ruhaniləri və din xadimləri olaraq, ilahi vəhyi, İslam Peyğəmbəri (s) və onun pak Əhli-beytininin (ə) ilahi maarifini əsas tutaraq, müqəddəs dəyərlərin təhqir edilməsinin, İslam birliyinə zərbə vurmaq cəhdlərinin və müsəlmanlar arasında təfriqə salmaq niyyətinin qarşısında səssiz qalmırıq. Bu cür hərəkətlər, İlahi qanunlar əsasında qurulmuş İslam hökümətin sabitliyinə və əmin-amanlığına qarşı yönəlmişdir.

İctimai asayişin qorunması və cəmiyyətin ayıq-sayıq olmağına təkid etməklə yanaşı, aidiyyəti qurumları bu cinayətlərin təşkilatçılarını və təhrikçilərini müəyyən etməyə və onlarla qanuni çərçivədə mübarizə aparmağa çağırırıq. Eyni zamanda, bütün müsəlmanları bu cür təxribatlara qarşı vahid mövqe nümayiş etdirməyə və həmrəyliyi gücləndirməyə dəvət edirik.

Rəbbimizdən qurbanlara rəhmət, yaralılara tezliklə şəfa, bütün İran xalqına isə birlik, möhkəm iradə və səbir diləyirik!”

 

İran İslam Respublikasında təhsil alan azərbaycanlı ruhanilər