İsrailin Baş naziri Benyamin Netanyahu, İsrail Knessetində (parlamentində) etdiyi çıxışda ABŞ-ın ikinci mərhələsinə keçdiyini elan etdiyi Qəzza sülh planı ilə bağlı açıqlamalar verib.
Netanyahu, Qəzzada yerləşdirilməsi planlaşdırılan Beynəlxalq Sabitlik Qüvvəsinə Türkiyə və Qətər ordularının qatılmasına icazə verməyəcəklərini iddia edib.
Soyqırımçı İsrailin Baş naziri Benyamin Netanyahu, İsrail Meclisində keçirilən xüsusi iclasdakı çıxışında ABŞ-ın ikinci mərhələsinə keçdiyini açıqladığı Qəzza sülh planı və İranla bağlı mövqeyini dilə gətirib.
Netanyahu bildirib ki, Qəzzada yerləşdiriləcək Beynəlxalq Sabitlik Qüvvəsinə Türkiyə və Qətər silahlı qüvvələrinin qatılmasına icazə verilməyəcək. Qeyd olunub ki, Beynəlxalq Sabitlik Qüvvəsinə komandanlığı ABŞ Silahlı Qüvvələrinin general-mayoru Jasper Ceffers üzərinə götürəcək. Qəzza İdarəetməsi üzrə Milli Komitənin fəaliyyətini izləmək və dəstəkləmək məqsədilə yaradılması nəzərdə tutulan Qəzza İdarəetmə Şurası ilə bağlı Vaşinqton administrasiyası ilə fikir ayrılıqları yaşadıqlarını deyən Netanyahu, “ABŞ-dakı dostlarımızla mübahisə edirik” ifadəsini işlədib.
İsrail mediası isə Netanyahu’nun açıqlamalarının reallığı tam əks etdirmədiyini yazıb. Haaretz qəzetinə danışan və məsələ ilə bağlı məlumatlı bir mənbə, sözügedən şuranın strukturunun artıq Netanyahu’nun bilgisi daxilində formalaşdırıldığını və bu çıxışın “ictimaiyyətə yönəlik görüntü xarakterli bir addım” olduğunu bildirib.
İsrail Baş nazirinin Ofisi yanvarın 17-də ABŞ-ın yaradıldığını elan etdiyi Qəzza İdarəetmə Şurasının Tel-Əvivlə məsləhətləşmədən formalaşdırıldığını və bunun İsrail hökumətinin siyasətinə zidd olduğunu iddia etmişdi. Həmçinin Netanyahu’nun Qəzza İdarəetmə Şurası məsələsini müzakirə etmək üçün xarici işlər naziri Gideon Saar-a ABŞ-dakı həmkarı Marko Rubio ilə əlaqə saxlaması tapşırığını verdiyi də bildirilmişdi. Yerli media Qəzza İdarəetmə Şurasında Türkiyənin xarici işlər naziri Hakan Fidanın yer almasının Tel-Əviv rəhbərliyində narazılıq doğurduğunu yazır.
Digər tərəfdən Netanyahu İrana qarşı hücum təhdidlərini yenidən səsləndirib. İrana dair təhdidkar ritorikasını davam etdirən Netanyahu, “Bir gün İranda nə baş verəcəyini heç kim bilə bilməz, amma qəti olan budur ki, artıq heç nə əvvəlki kimi olmayacaq” deyib.
Beynəlxalq mediada yayımlanan xəbərlərdə İsrail və ABŞ-ın etirazların baş verdiyi İrana hücum edə biləcəyi ehtimalına diqqət çəkilmiş, lakin ABŞ Prezidenti Donald Trampın mümkün hücumu İranla aparılan diplomatik təmaslar, logistik maneələr və regional müttəfiqlərin reaksiyalarından sonra dayandırdığı iddia olunmuşdu.
Netanyahu Türkiyə və İranı təhdid etdi