Son yığıncaqda qalmaqal səbəbindən sədr seçilməsi yuvanan Ana Vətən Partiyası (AVP) bu gün nəhayət ki, sədr seçə bilib. Qurultay partiyaya Fəzail Ağamalının qızı Günay Ağamalını sədr seçib.
Bu gün “Ana Vətən” Partiyasının IX qurultayı keçirilib. AVP sədri Fəzail Ağamalı Qurultayın işinə uğurlar arzulayıb, 2020-ci ildən - 2025-ci ilin sonunadək daxil olmaqla keçən dövr ərzində partiyanın fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.
Daha sonra gündəlikdə duran məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib. Partiya sədrinin müavini, Milli Məclisin deputatı Günay Ağamalı AVP sədri seçilib.
Ömər Hüseynli partiya sədrinin müavini, həmçinin İdarə Heyətinin, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri seçilib. Nizamnamədə bir sıra dəyişikliklər edilib.
Xatırladaq ki, ötən ilin oktyabr ayının 25-də Ana Vətən Partiyasının qurultayında qalmaqal baş vermişdi. Qalmaqal Fəzail Ağamalının iki övladı - deputat qızı Günay Ağamalı və oğlu Elçin Ağamalının partiya sədrliyi üçün namizədliyini irəli sürməsi nəticəsində qeydə alınmışdı.
F.Ağamalı Günay Ağamalının namizədliyini dəstəkləsə də, Elçin Ağamalı qurultay iştirakçılarının ona səs verdiyini bildirmişdi. Bundan sonra tərəflər arasında gərginlik yaşanmışdı. Elə bu səbəbdən də partiyaya sədr seçimi təxirə düşmüşdü.
AVP-nin növbəti qurultayı keçirilib, bu dəfə yeni sədr seçilib