ABŞ-ın dövlət borcu yeni rekord göstəriciyə çatdı

Donald Trampın prezidentliyinin ilk ilində ABŞ-ın dövlət borcu rekord səviyyədə artıb.

Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat verib.

Belə ki, borc 2,25 trilyon dollar artararaq 38,5 trilyon dollara çatıb.

Qeyd edilib ki, bu 2,25 trilyon dollarlıq artım digər prezidentlərin ilk illəri ilə müqayisədən ən böyük artımdı.

Co Baydenin ilk ilində dövlət borc 2,1 trilyon dollar, Barak Obamanın birinci ilində isə 1,7 trilyon dollar artmışdı.