MBH üzvü Namiq Əsgərov azadlığa çıxıb

Yanvarın 23-də daha bir Müsəlman Birliyi Hərəkatının üzvü azadlığa çıxıb. Əsgərov Namiq cəza çəkdiyi 17 saylı müəssisədən səhər saatlarında azadlığa buraxılıb.
N. Əsgərov Aministiya aktı çərçivəsində azadlığa buraxılan sayca 15-ci MBH üzvüdür.

Xatırladaq ki, Əsgərov Namiq Faiq oğlu 2023-cü ilin martında saxlanılmışdı. Barəsində saxta narkotiklərlə bağlı ittiham irəli sürülən inanclı 2023-cü ilin 27 dekabrında məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.