İsrail XİN-in sinaqoqlara hücumla bağlı siyahısında Ermənistan da var

İsrail Xarici İşlər Nazirliyi 2023-cü ildə baş vermiş 7 Oktyabr hadisələrindən sonra sinaqoqlara qarşı yanğın hücumlarının qeydə alındığı ölkələrin siyahısını dərc edib.

İsrail XİN xəbər verir ki, siyahıda Ermənistanın da adı var.

Nazirlik siyahının tam olmadığını bildirib və Yaxın Şərq, Avropa, eləcə də digər regionlardan ölan ölkələrin adlarını qeyd edib.

“Bu yəhudilərlə başlaya bilər, amma bizimlə bitməyəcək. Onların növbəti hədəfi siz olacaqsınız”,- nazirlik vurğulayıb.