Ayətullah Nuri Həmədanı: Ayətullah Xameneiyə yönəlik hər növ hücum müharibə hökmündədir

İranın böyük təqlid mərcələrindən olan Ayətullah Nuri Həmədanı Tehran vilayətinin cümə imamları ilə keçirdiyi görüşdə mühüm açıqlamalar verib.

O, son dövrdə baş verən hadisələrə və xaricdən qaynaqlanan təhdidlərə toxunaraq, ölkədə zorakılıq əməllərinə qarışan qrupların xalqdan olmadığını bildirib. Həmədani, ABŞ prezidentinin açıq şəkildə qarışıqlıq yaradan qruplara dəstək verdiyini və son olaraq İslam İnqilabının Rəhbərini təhdid etdiyini vurğulayıb.

ABŞ prezidentinin bu mövqeyini tənqid edən Nuri Həmədanı, sözügedən təhdidlərin ciddiliyinə diqqət çəkərək, Ayətullah Xameneinin yalnız siyasi bir şəxsiyyət olmadığını, eyni zamanda bir fəqih və İslam ümmətinin rəhbəri olduğunu ifadə edib.

Nuri Həmədanı bildirib ki, bu mövqeyə görə Ayətullah Xameneiyə qarşı ediləcək hər cür hücum cəhdi fiqhi baxımdan “müharibə” hökmü çərçivəsində qiymətləndirilir.

Ayətullah Nuri Həmədanı həmçinin bütün din alimlərinə müraciət edərək, rəhbərlik məqamına dəstək verilməsinin vacibliyini vurğulayıb. Bu dəstəyin təkcə siyasi mövqe olmadığını qeyd edən Nuri Həmədanı, bunun eyni zamanda dini və şəri məsuliyyət olduğunu bildirib.