İraqda neft bazasında partlayış: ölənlər və yaralananlar var

İraqın cənub-şərqində yerləşən Əl-Barxasiya bölgəsindəki neft bazasında güclü partlayış baş verib.

Hadisə nəticəsində iki işçi həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Sky News Arabia"-nın məlumatına görə, partlayışdan sonra “Əl-Zəbir” yatağında yerləşən bir neçə anbarı güclü alov bürüyüb.

Qeyd olunur ki, bu kompleks Fars körfəzi bölgəsində neftin saxlanması və nəqli üçün ən böyük mərkəzlərdən biridir.

Yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam edir. Hadisənin səbəbləri araşdırılır.