Atəşkəs pozuldu – Suriya Müdafiə Nazirliyi druzilər yaşayan Suveyda şəhərinin mərkəzini hədəf alıb

Suriya yerli mənbələrinin məlumatına görə, bu gün ölkənin cənubunda yerləşən Suveyda şəhərinin mərkəzi Suriya Müdafiə Nazirliyinə bağlı silahlı qrupların hücumuna məruz qalıb.

Suveyda mənbələri bildiriblər ki, Ətil kəndi istiqamətində yerləşən “Milli Qvardiya” qüvvələri bölgədəki üsyançıların fəaliyyətinə qarşı əməliyyat aparır.

Bu gün səhər saatlarında onlarla sakin Suveyda şəhərindəki “Kəramə meydanı”nda aksiya keçirərək, iyul ayında baş vermiş qanlı toqquşmalardan sonra itkin düşən və girov götürülən şəxslərin taleyinin müəyyən edilməsini tələb ediblər.