“Yeni Musavat” xəbər verir ki, İranda qadınların ictimai yerlərdə saçlarını örtməsini tələb edən qanun ləğv edilib. “İranda TARİXİ QƏRAR - Hicab qanunu ləğv edildi” – başlığı ilə dərc olunan xəbərdə qeyd olunur ki, İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər “bundan sonra İranda məcburi hicab taxmaq qadağasını icra etməyə lüzum yoxdur” deyib. Xəbər bir çox media orqanı tərəfindən sözügedən qanunun ləğvi kimi təqdim olunub.
“Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb.
Həqiqətən də, xəbərlərdə qeyd olunduğu kimi, İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər oktyabrın 3-də jurnalistlərə hicab geyinmək üçün hüquqi məcburiyyətin aradan qaldırıldığını deyib. Bahonər bu fikri 2024-cü ildə qəbul edilən “Hicab və iffətin təşviqi ilə ailənin dəstəklənməsi” qanununu şərh edərkən bildirib. Ancaq onun ifadəsindəki “məcburi hicabın ləğvi” fikri, bu yanlış xəbərin yayılmasına səbəb olub.
Belə ki, İran Cinayət Məcəlləsinin 638-ci maddəsinə əsasən qadınların başörtüsüz şəkildə ictimai yerlərdə görünməsi 10 gündən 2 ayadək həbs və ya cərimə ilə cəzalandırılan hüquq pozuntusu sayılır. “Hicab qanunu” kimi bilinən qanun hələ də hüquqi qüvvəsini qoruyur. Lakin 2024-cü ildə İran parlamentində qəbul olunan “Hicab və iffətin təşviqi ilə ailənin dəstəklənməsi” qanunu ilə ictimai yerlərdə hicabsız görünən qadınlara qarşı cəzalar daha da ağırlaşdırmışdı. Onlar 15 ilə qədər həbs; yüksək məbləğdə cərimə; səyahət qadağası və iş yerlərinin bağlanması kimi cəzalarla üzləşə bilərdilər. Bu ilin may ayında isə İranın Ali Milli Təhlükəsizlik Şurasının müdaxiləsi nəticəsində sözügedən qanunun icrası müvəqqəti dayandırıb.
Bu cəzaların tətbiqi dayandırılsa da, qadınların hələ də məktəblərdə, universitetlərə və iş yerlərində baş örtüyü taxması məcburidir. Şəxsiyyət vəsiqələri və passportlar üçün şəkillərdə qadınların saçlarını tam şəkildə örtməsi tələb olunur. Filmlərdə, reklamlarda, televiziyada və afişalarda qadınlar hicabsız görünə bilməzlər.
Beləliklə, Məhəmmədrza Bahonər hicab məcburiyyətinin aradan qaldırıldığını iddia etsə də, reallıqda bu qanun hələ də qüvvədədir. Yəni, hələ də İranda qadınlar üçün hicab məcburidir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, İranda “hicab qanunu”nun ləğv edilməsi barədə xəbər saxtadır.
Saxta xəbər: İranda qadınların ictimai yerlərdə saçlarını örtməsini tələb edən qanun ləğv edilib