Bütün Gürcüstan Müsəlmanlar İdarəsinin Marneuli nümayəndəliyində Xanım Zeynəb (s.ə)-in mövludu münasibətilə idarənin qadınlar icması tərəfindən tədbir keçirilib.
Məclis Qurani-Kərim tilavəti ilə açıq elan olunub. Tədbirin aparıcısı Ayşən Nəbiyeva məclisdə iştirak edən qonaqları salamlayaraq, Xanım Zeynəb (s.ə)-in mübarək mövludu münasibətilə bütün mömin bacılarımızı səmimi qəlbdən təbrik edib. O, Xanım Zeynəb (s.ə)-in iffətinin, fədakarlığının, mərdliyinin və səbr yolunun əsrlər boyunca qadınlar üçün nur kimi yol göstərdiyini vurğulayıb. Daha sonra məclisi Qurani-Kərim tilavəti ilə nurlandırması üçün söz Lalə İbrahimovaya verilib.
Tədbir çərçivəsində aşağıdakı mövzularda çıxışlar edilib:
– “Xanım Zeynəb (s.ə)-in həyatı və fəzilətləri” haqqında Əsmayə Əbilova
– “Qadının ictimaiyyətdə rolu” haqqında Naidə Hacıyeva
– “Xanımın ailə dəyərlərini qoruyub saxlaması” haqqında Günay Quliyeva
 
Çıxışlarda Xanım Zeynəb (s.ə)-in haqqın müdafiəsi yolunda göstərdiyi misilsiz cəsarət, dözüm və fədakarlığın bu gün də müsəlman qadınlar üçün ən böyük örnək olduğu qeyd edilib.
Məclis Fərəc duası, dini ilahilər və ziyafət süfrəsi ilə sona çatıb.
Qeyd edək ki, BGMİ-nin maddi dəstəyilə Xanım Zeynəbin (ə) mövludu münasibətilə Gürcüstanın bir neçə bölgəsində mərasimlər keçirilib.
BGMİ-nin Marneuli nümayəndəliyində Xanım Zeynəbin (ə) mövludu münasibətilə tədbir