11 yaşlı oğlan 5 ayda hafizi-Quran oldu

11 yaşlı oğlan çox qısa bir müddət ərzində Qurani-Kərimi tam şəkildə əzbərləməyi bacarıb.

Bu il 6-cı sinifdə təhsil alacaq Yaqub Ağquzu cəmi 5 aya hafizi-Quran olub.

Qeyd edilib ki, normallda bu yaşdakı uşaqlar üçün əzbərləmə müddəti 15 ay olsa da, Yaqub qeyri-adi yaddaş bacarıqları sərgiləyib.

Gənc Quran hafizi gələcəkdə Quran müəllimi olaraq yeni hafizlər yetişdirmək istədiyini bildirib.