Tarif Şurası Aİ-92 markalı benzinin və dizelin qiymətini artırıb.
Qərara əsasən, Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə qaldırılıb.
Qanunvericiliyə edilən dəyişikliyə əsasən, yanacağın hər litrinə görə yol vergisi 7 qəpik müəyyənləşdirilib.
Artımın yanvarın 1-dən qüvvəyə minəcəyi bildirilib.
Qurum bildirir ki, dəyişiklik "ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması məqsədlərinə" xidmət edir.
Benzin və dizel qiyməti artdı