Bu gün Kərbəla hadisəsinin ən təsirli, ən sarsıdıcı və eyni zamanda ən ilahi simalarından biri olan, İmam Hüseynin (ə) altı aylıq şəhid körpəsi Həzrət Əli Əsğərin (ə) mövlud günüdür. Bu mübarək gün yalnız bir körpənin dünyaya gəlişi deyil, həm də insanlıq tarixində zülmə qarşı səssiz, lakin ən güclü etirazın başlanğıcıdır.
Əli Əsğər (ə) zahirdə bir körpə idi, lakin məna baxımından ilahi hüccət, məzlumiyyətin zirvəsi və haqq-batil ayrımının canlı şahidi idi.
Nəsəbi və İlahi Seçim
Həzrət Əli Əsğər (ə) İmam Hüseynin (ə) və Rübab xanımın övladıdır. O, Peyğəmbər (s) nəslinin, Fatimi paklığın və Əli (ə) məktəbinin davamçısı olaraq dünyaya gəlmişdir. Onun mövludu İlahi hikmət daşıyırdı; çünki Allah-taala Kərbəla səhnəsində ən pak, ən günahsız varlıq vasitəsilə zülmün mahiyyətini açıq göstərmək istədi.
İlahiyyat baxımından körpənin şəhadəti bir məsələni qəti şəkildə isbat edir:
İmam Hüseynin (ə) Kərbəlada mübarizəsi siyasi maraqlar yox, aqidəvi və ilahi idi. Çünki heç bir siyasi hərəkat altı aylıq körpəni qurban verməyi izah edə bilməz. Burada siyasətdən məqsəd hazırkı dünyanın mənfur siyasi maraqlarıdır, İlahi, dini-siyasi baxış nəzərdə tutulmur.
Kərbəla və Körpənin İlahi Mesajı
İmam Hüseyn (ə) Əli Əsğəri qucağına alıb düşmən ordusunun qarşısına çıxarkən sadəcə su istəmirdi. O, bəşəriyyətin vicdanına müraciət edirdi. Bu, Quran dili ilə desək, “itmamül-hüccə” idi — dəlilin tamamlanması.
İmamın (ə) bu müraciəti göstərirdi ki, əgər Hüseyn (ə) haqsız idisə, körpə niyə susuzluğa məhkum edildi? Əgər müharibə idisə, körpə hansı cəbhənin əsgəri idi? Cavab oxla verildi. Üçşaxəli ox körpənin boğazını kəsdi, lakin Yezid (l) cəbhəsinin insanlıq iddiasını birdəfəlik məhv etdi.
Şəhadət – İlahiyyatın Zirvəsi
İslam teologiyasında şəhidlik ən ali məqamlardan biridir. Lakin Əli Əsğərin (ə) şəhadəti bu anlayışı daha dərin bir mərhələyə daşıyır. O, şəhadəti seçmədi, lakin Allah onu şəhadət üçün seçdi. Bu, Qurandakı “Allah istədiyini seçər” (Qəsəs, 68) ayəsinin canlı təcəssümüdür. Əli Əsğər (ə) günahsızlığı ilə sübut etdi ki, zülm heç vaxt haqlı ola bilməz, haqq susdurula bilər, amma məhv edilə bilməz. Körpənin qanı da ümməti oyada bilər.
Əli Əsğər (ə) – Ümmətin Vicdanı
Tarix boyu milyonlarla insan Əli Əsğərin adı ilə göz yaşı töküb. Bu göz yaşları sadəcə emosional deyil, əqidəvi etirazdır. Körpənin susuzluğu, boğazındakı ox, atasının əllərində can verməsi, bütün bunlar ümmətin vicdanına ünvanlanan ilahi çağırışdır: “Zülmə susmayın, çünki susqunluq da cinayətdir.”
Bu gün Əli Əsğər (ə) yalnız Kərbəlanın deyil, bütün məzlum coğrafiyaların simvoludur.
Mövlud – Şəhadətə Açılan Qapı
Əli Əsğərin (ə) mövludu bizə xatırladır ki, Kərbəla bir günün faciəsi deyil, əbədi dərsdir. Bu mövlud valideynlərə övlad tərbiyəsində, ilahiyyatçılara haqqı deməkdə, ümmətə isə zalıma qarşı mövqedə durmaqda məsuliyyət yükləyir.
Bu gün bu səssiz haqq carçısının mövlududur. Bu mübarək mövlud günü münasibətilə bütün Əhli-beyt (ə) aşiqlərini, xüsusilə Kərbəla məktəbinə könül verənləri səmimi-qəlbdən təbrik edirəm. Uca Allahdan diləyim budur ki, bizləri Əli Əsğərin (ə) məzlumiyyətini anlayan, lakin Hüseyn (ə) kimi zülmə boyun əyməyən bəndələrdən qərar versin.
Həzrət Əli Əsğərin (ə) mövludu mübarək olsun.
Allahın salamı Hüseynə (ə), Əli Əsğərə (ə) və pak Əhli-beytə (ə) olsun.
- İlahiyyatçı Toğrul Nuriyev (MBH İH)
Əli Əsğər (ə) – Körpəlikdə Şəhadətə Ucalan İlahi Dəlil