“Siyasi məhbusların siyahısı 12 qrupdan ibarətdir və amnistiya yalnız bir qrupa - dindarlara şamil olunub. O da hamısına yox. Siyahıda 249 dindar var ki, bu da Azərbaycandakı siyasi məhbusların ümumi sayının 64 faizini təşkil edir”.
Sülh və Demokratiya İnstitutunun Konfliktologiya və Miqrasiya şöbəsinin rəhbəri Arif Yunus sosial media hesabında yazıb ki, sonuncu Amnistiya aktı dindarların kiçik bir qrupunu əhatə edib.
Arif Yunus həmçinin qeyd edib ki, “Taleh Bağırzadənin və ya Nardaran hadisələri ilə bağlı həbs olunanların amnistiyaya düşəcəyini düşünmək sadəlövhlük olardı”.
“Bu amnistiya yalnız 2023-cü ildə “İran agentləri” kimi həbs edilən, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ilə guya “narkoman” kimi 3 il müddətinə azadlıqdan məhrum edilmiş dindarlara şamil olunub. Üstəlik, yalnız cəza müddətinin bitməsinə maksimum 6 ay qalmış şəxslərə. Bu günədək azadlığa buraxılan dindarların sayı 36 nəfərdir”, – deyə o, vurğulayıb.
Amnistiya aktı ilə azadlığa buraxılan inanclı şəxslər aşağıdakılardır:
1. Ümidvar Yaqubov
2. Murad Abdullayev
3. Rza Rzayev
4. Mehman Fətəliyev
5. Bəxtiyar Babaşov
6. Bəhruz Kərimov
7. Amal Əhmədov
8. Ülvi Əliyev
9. Maarif Ağayev
10. Eldəniz Ağayev
11. Ceyhun İlyasov
12. Hilal Əsədov
13. İsmayıl İsmayılov
14. Samir İsayev
15. Elnur Meybullayev
16. İmran Ələsgərov
17. Bəhruz Quliyev
18. Afiq Qurbanov
19. Ziya Tahirov
20. Aydın Əliyev
21. Yasin Əhmədov
22. Elsevər Hacıyev
23. Rza Kərimov
24. Siyasət Bağırov
25. Ramin Quliyev
26. Cavanşir Yəhyayev
27. Arif Fətəliyev
28. Ağasəf Xurşidov
29. Vüqar Calal oğlu Məmmədov
30. Vüqar Rafiq oğlu Məmmədov
31. Asəf Hüseynov
32. Ramil Yunis
33. Rafael Məmmədov
34. Səbuhi Nəcəfov
35. Rizvan Rəhimov
36. Nəsimi Quliyev
Arif Yunus əlavə edib ki, azadlığa ən azı daha 25–30 nəfər dindar buraxılması gözlənilir. Həmin şəxslər 2023-cü ildə “İran agentləri” kimi həbs edilən və Azərbaycan Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmuş şəxslərdir.
“Əlbəttə, biz onların azadlığa çıxmasına sevinirik və ümid edirik ki, xüsusilə Azərbaycan–İran münasibətləri növbəti dəfə pisləşəndə, hakimiyyət onları yenidən həbs etməyəcək. Lakin gördüyümüz kimi, hətta bu qrup dindarın azadlığa buraxılması belə siyasi məhbuslar problemini həll etmir”, – deyə Arif Yunus qeyd edib.
Qeyd edək ki, Azərbaycanda siyasi məhbusların sayı 400-ə çatıb. Onların yarıdan çoxu dindarlardır.
Tale Bağırzadənin və ya Nardaran hadisələri ilə bağlı həbs olunanların amnistiyaya düşəcəyini düşünmək sadəlövhlük olardı