İsrail Qəzzada 10 fələstinli məhbusu azad edib

Qəzzadan olan 10 fələstinli məhbus İsrail tərəfindən azad edildikdən sonra əl-Əqsa Şəhidləri xəstəxanasına gətirilib.

Bu barədə fələstinli məhbuslarla bağlı iş üzrə qurumun Mətbuat Xidməti məlumat yayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXT) azad edilən məhbuslar və onların ailələri arasında ünsiyyət qurmağa kömək etdiyini açıqlayıb.

Qeyd edək ki, İsrail 13 oktyabrda HƏMAS-la atəşkəs və məhbus mübadiləsi müqaviləsinin bir hissəsi olaraq Qəzzada təxminən 1700 fələstinli məhbusu azad edib.