İlin son gününə qədər Aministiya aktı çərçivəzində buraxılan inanclıların sayı 50-i ötdü

2025-ci il yekunlaşarkən ailələrin ocağında alışan həsrət məhbusların dönüşü ilə hərərətə çevrildi. Günahsız şərlənənlərin azadlığı ailəyə xüsusi bir bayram ruhiyyəsi əlavə etdi.

Son statistik rəqəmlərə görə həbsdən azad edilən inanclıların sayı 50-nin üstündədir. Əlbəttə, bu şəxslərin sırasında siyasi məhbuslar da var. Eyni halda yüzlərcə inanclılar var ki, şərlənərək həbsxanalarda olsalar da, onların bir çoxunun adı müxtəlif səbəblərə görə siyasi məhbus siyahısına düşməyib.

Ölkənin siyasi məhbus siyahısında xüsusi yer tutan məhbuslar 400-ə yaxındır ki, onların böyük əksəriyyəti inanclılardır. Hər il siyasi məhbus siyahısında inanclıların sayı artmağa davam edir.

Elə buna görə də həbsdən azad edilənlər sırasında inanclıları yer aldığı ümumi rəqəm 2025-ci ilin son günündə bir daha diqqət çəkdi.

Əldə olan rəqəmlər sayı 50-dən artıq inanclının Aministiya aktının ilin son gününə qədər azad edildiyini göstərir. Aşağıda adlar müxtəlif cəzaçəkmə müəssisələrindən azadlığa çıxan inanclıların siyahısıdır.

Elsevər İsayev, Tərxan İbrahimov, Fariz Əliyev, Mireşqin Seyidov, Vüsal Manafov, Bəxtiyar İsazadə, İlkin Həsənli, Telman Əsədullayev, Faiz Ağadadaşov, Nemət İsrafilov, Nizami Əhmədov, Nəriman Baxışov, Bəxtiyar Novruzov, Elxan Zaman, Arif Fətəliyev, Nəsimi Quliyev, Eldəniz Ağayev, Murad Abdullayev, Ramin Quliyev, Ramil Yunis, Asəf Hüseynov, Elsevər Hacıyev, Cavanşir Yəhyayev, Səbuhi Nəcəfov, Asəf Xurşidov, Rza Kərimov, Rafael Məmmədov, Bəxtiyar Babaşov Samir Salam, Ustad Ruhani Siyasət Bağırov, Hacı Maarif Ağayev, İmran Ələsgərov, Ramil Cəbiyev, Mehman Fətəliyev, İsmayıl İsmayılov, Vüqar Məmmədov, Bəhruz Quliyev, Afiq Qurbanov, Amal Əhmədli, Bəhruz Kərimov, Hilal Əsədov, Ceyhun İlyasov, Bəxtiyar Babaşov, Ümidvar Yaqubov, Aydın Əliyev, Rza Rzayev, Yasin Əhmədov, Ülvi Əliyev, Məhərrəm Ələsgərov, Ziya Tahirov, Rizvan Rəhimov, Vəlixan İsmxan və sairləri azad edilən inanclılardır.