Nigeriyada 3 gündə 47 terrorçu öldürülüb

Nigeriya ordusunun son üç gün ərzində apardığı əməliyyatlarda 47 terrorçunu zərərsizləşdirdiyi bildirilir.

Nigeriya ordusunun açıqlamasında ordunun son 72 saat ərzində ölkənin müxtəlif bölgələrində terror təşkilatlarına qarşı əməliyyatlar keçirdiyi bildirilir.

Bəyanatda əməliyyatlarda 47 terrorçunun öldürüldüyü, bir çoxunun yaralanaraq qaçdığı və 19 terrorçunun əsir götürüldüyü qeyd olunur.

Bəyanatda həmçinin terrorçular tərəfindən girov götürülmüş 30 mülki şəxsin xilas edildiyi və terrorçulara məxsus çoxsaylı silah, motosiklet və əhəmiyyətli sursatın müsadirə edildiyi bildirilir.

Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, eləcə də Lakurava, Boko Haram və ISWAP kimi terror təşkilatlarının hücumları ilə üzləşir.