Azərbaycandan Hacca gedənlər üçün sənəd qəbulu fevralın 15-də başa çatacaq

Azərbaycandan Hacc ziyarətinə gedənlər üçün sənəd qəbulu 2026-cı il fevralın 15-də başa çatacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Hacc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

QMİ rəsmisi bildirib ki, Səudiyyə Ərəbistanı Hacc və Ümrə Nazirliyinin tələbinə əsasən, Hacc ziyarəti ilə bağlı bütün prosedurlar tez başa çatmalıdır:

"Bu səbəbdən kvota dolsa da, dolmasa da sənəd qəbuluna 2026-cı il fevralın 15-də yekun vuracağıq".

Xatırladaq ki, QMİ 2026-cı il Hacc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.